Home News-az “Rusiyaşünaslıq” ETL-da Dostoyevskiyə həsr olunmuş ədəbi gecə keçirilib

“Rusiyaşünaslıq” ETL-da Dostoyevskiyə həsr olunmuş ədəbi gecə keçirilib

75
0
SHARE

ADU-nun Rusiyaşünaslıq ETL-da Bakı RİMM-lə (РИКЦ) birlikdə böyük rus yazıçısı F.M. Dostoyevskinin 200 illiyinə həsr olunmuş ədəbi gecə keçirilib. Tədbirdə  Bakı  RJMM-nin nümayəndələri Yelena Şışkalova və Lyubov Yakunina iştirak ediblər.

Moderator qismində Rusiyaşunaslıq ETL-nın böyük elmi işçisi Diana Hüseynzadə çıxış edib. “Dünya ədəbiyyatı” kafedrasının baş müəllimi g.ü.f.d. Afət Musayeva,“F.M. Dostoyevskinin dünya ədəbiyyatı kontekstində yaradıcılığı” adlı məruzə ilə çıxış edərək yazıçinın qərb ədəbiyyatına böyük təsir göstərdiyini bildirdi.

ADU-nun Rusiyaşunaslıq ETL-nın baş elmi işçisi Sevinc Sideifzadə “Dostoyevskinın Peterburqu” mövzusunda təqdimat nümayiş etdirib.

Tədbirdə ADU-nun BM və Regionşünaslıq fakültəsinin 4-cü kurs tələbələri fəal iştirak ediblər. Tələbələr F.M. Dostoyevskinın həyat və yaradıcılığı haqqında, BM və Regionşünaslıq fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə  4-cü kurs tələbəsi Elşən İsayevin hazırladığı ədəbi viktorinanın suallarını cavablandırıblar.

Viktorinanın qalibi, BM və Regionşunaslıq fakültəsinin İsrailşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Tağıyeva Gülnar seçilib.