İnformasiya Resurs Kompleksi 

Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksi 2008-ci ildə yaradılmışdır. Kompleksin vacib məqsədlərindən biri universitetdə təhsil və tədqiqat fəaliyyətinin səviyyəsini artırmaq üçün informasiya və elektron resursların inkişaf etdirilməsidir.
Kompleksin nəzdində beynəlxalq sertifikatlaşdırma imtahanları və həmçinin online dərslər də keçirlir.

 

Kompleksin strukturuna aşağıdakı bölmələr daxildir:

 

  – İKT bölməsi;

İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində baş verən yeniliklər İKT bölməsində daim işıqlandırılır. Həmçinin, İKT bölməsində müxətlif layihələrin hazırlanması, həyata keçirilməsi və sonrakı dəstəyi təmin edilir və İnformasiya Resurs Kompleksinin sosial şəbəkədə aktivliyi təmin edilir. İnformasiya Texnologiyaları sahəsində öz bilik və bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək və eləcə də bu sahədə öz təhsillərini artırmaq istəyənlər üçün burada geniş imkanlar yaradılıb.

Dünya mədəniyyətinə inteqrasiya bölməsi;

Bölmənin əsas vəzifələrinə aşağıdakılar daxildir:

Dünya mədəni irsinin öyrənilməsi və təbliği:

Orta və ali təhsil müəssisələrinin tələbələri üçün digər ölkələrin mədəni dəyərlərini tanıtmaq məqsədilə tədbirlərin təşkili:

Xaricdə yay məktəblərinin təşkili:

Test mərkəzi

Mərkəzin əsas vəzifələri aşağıdakılardır:

İnformasiya Resurs Kompleksinin fəaliyyət istiqamətləri çərçivəsində, beynəlxalq səviyyədə sertifikatlaşdırılmış imtahanların təşkil olunması:

Universitetin əməkdaşlıq etdiyi beynəlxalq imtahan təşkilatlarının, xarici universitetlərin imtahanlarının təşkil edilməsi;

Mərkəzdə təşkil olunan imtahanları qaydalara uyğun qeydiyyatı:

Tələbələr üçün ingilis dili səviyyə imtahanlarının təşkili;

Universitetdə müxtəlif beynəlxalq sertifikatlaşdırma imtahanlarının həyata keçirilməsi üçün xarici universitet və təşkilatlarla əməkdaşlıq qurulması:

 

Ödənişli  xidmətlər bölməsi

Kompleks öz fəaliyyəti çərçivəsində pullu xidmətlər göstərir. İRK-nın maliyyə fəaliyyətindən əldə olunan gəlirlər mühasibat uçotu yolu ilə universitet büdcəsinə köçürülür.

İnformasiya Resurs Kompleksi aşağıdakı pullu xidmətləri göstərir:

  1. Magistr proqramına hazırlıq
  2. Dövlət qulluğuna hazırlıq
  3. Müəllimlər üçün müxtəlif təlimlər
  4. Xarici dil tədrisi və tərcümə
  5. Müxtəlif dillərdə söhbət klubu
  6. Xarici ölkələrdə dil kursları (tələbələr və mütəxəssislər üçün müxtəlif proqramlar)
  7. Xaricdə təhsil
  8. Xüsusi məqsədlər üçün dil proqramları : İngilis dili / Alman dili / Fransız dili
  9. Məktəbəqədər uşaqlar və məktəblilər üçün hazırlıq kursları:
  • İngilis dili
  • Rus dili
  1. Beynəlxalq sertifikatlaşdırma imtahanları və müxtəlif test imtahanları:
  • TOEFL
  • IELTS
  • SAT
  • GMAT
  • GRE
  • TÖMƏR

Testlərin təşkili, tərcümə (yazılı və şifahi), repetitorluq və digər xidmətlər;

 

 

İnformasiya Resurs Kompleksinin direktoru

Səmədzadə Fatimə Fikrət qızı

Tel: (+99412) 441-46-68

E-mail: adu.edu.irc@gmail.com